0
Thursday 17 December 2020 - 11:36

ABŞ "Şimal axını-2" layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək

Story Code : 904299
ABŞ "Şimal axını-2" layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson deyib.

"Biz sanksiya tətbiq etmək istəmirik, lakin layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik", - deyə K. Robinson qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar öz təsirini göstərir və ABŞ bu layihənin həyata keçirilməsini dayandıracaq.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.