QR CodeQR Code

Sədr Hərəkatının lideri İraqdakı raket hücumu ilə bağlı açıqlama verdi

21 Dec 2020 01:32

İslamTimes: İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr raket hücumu ilə bağlı açıqlama verib.


Bağdaddakı ABŞ səfirliyi yaxınlığında baş verən hücumla bağlı Sədr "Dinc sakinlərin həyatını riskə atmaq milisin işidir, bunu daha əvvəl də qeyd etmişdik. Heç kimin dövlət nəzarəti xaricində silah gəzdirmək haqqı yoxdur", - deyib.
"Hökumət Bağdadda fövqəladə vəziyyət elan etməli və mülki şəxslərin, xarici missiya nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün yalnız ordudan istifadə etməlidir", - deyən Sədr bu təhlükəsizliyin təmin olunmasında iştirak etməyə hazır olduğunu söyləyib. /Eastnews/


Story Code: 905036

News Link :
https://www.islamtimes.org/az/news/905036/sədr-hərəkatının-lideri-iraqdakı-raket-hücumu-ilə-bağlı-açıqlama-verdi

Islam Times
  https://www.islamtimes.org