QR CodeQR Code

Türkiyədə COVID-19-dan rekord sayda sutkalıq ölüm hadisəsi qeydə alınıb

24 Dec 2020 00:50

İslamTimes: Türkiyədə COVID-19-dan son sutkada 259 nəfər ölüb.


Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir.

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 251 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə 19 650 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 861, ağır xəstə sayı isə 4901 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 2 082 610  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 901 307 nəfər sağalıb, 18 861 nəfər isə vəfat edib.


Story Code: 905807

News Link :
https://www.islamtimes.org/az/news/905807/türkiyədə-covid-19-dan-rekord-sayda-sutkalıq-ölüm-hadisəsi-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org