0
Thursday 24 December 2020 - 00:50

Türkiyədə COVID-19-dan rekord sayda sutkalıq ölüm hadisəsi qeydə alınıb

Story Code : 905807
Türkiyədə COVID-19-dan rekord sayda sutkalıq ölüm hadisəsi qeydə alınıb
Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir.

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 251 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə 19 650 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 861, ağır xəstə sayı isə 4901 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 2 082 610  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 901 307 nəfər sağalıb, 18 861 nəfər isə vəfat edib.