QR CodeQR Code

Mutasiya etmiş koronavirus sionist rejimə çatdı!

24 Dec 2020 09:19

İslamTimes: İşğal olunmuş Fələstin ərazilərində koronavirusun Britaniyada mutasiya etmiş yeni növü aşkarlanıb


İşğalçı İsrail həkimləri Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiya etmiş yeni növünə yoluxmuş 4 nəfər aşkar ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, mərkəzi laboratoriyada aparılan yoxlamalar zamanı bu yaxınlarda Britaniyada aşkar edilmiş yeni koronavirus variantına yoluxma hadisəsi aşkarlanıb. Yoluxmuş xəstələrdən 3 nəfəri son günlərdə Britaniyadan ölkəyə gəlib. Onlar xüsusi dövlət karantin mərkəzlərində təcrid olunmaqdadır. Digər şəxs isə yerli vətəndaşdır”.

Hadisə ilə bağlı epidemioloji istintaq başladılıb.

Xatırladaq ki, dekabrın 14-də Britaniya Səhiyyə naziri Mett Henkok ingilis alimləri tərəfindən ölkənin cənub-şərqində koronavirusun sürətli yayılan mutasiya etmiş yeni növünün aşkar edildiyini bildirib.


Story Code: 905847

News Link :
https://www.islamtimes.org/az/news/905847/mutasiya-etmiş-koronavirus-sionist-rejimə-çatdı

Islam Times
  https://www.islamtimes.org