QR CodeQR Code

Qeys Xəzəli Qasim Süleymani sui-qəsdi ilə bağlı açıqlama verdi

29 Dec 2020 11:44

İslamTimes: İraqın "Əshabil Əhli Haqq" təşkilatının baş katibi Şeyx Qeys Xəzəli Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis ilə bağlı hazırlanan sənədli filmdə qalmaqallı iddia səsləndirib.


Şeyx Qeys Xəzəli açıqlamasında bildirib ki, Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis sui-qəsdində İngiltərə firması birbaşa iştirak edib.

"Bu firmanın adı G4S-dir. Onlar hədəfin təsdiq olunmasında iştirak ediblər. Bağdad hava limanı təhlükəsizlik kameralarına baxdığımızda gördük ki, Qasim Süleymaninin təyyarəsi endiyi zaman sözügedən şirkətə məxsus avtomobil təyyarəyə yaxın yerə gəlir və bir müddət kəşfiyyat işləri apardıqdan sonra oranı tərk edir", - deyə Şeyx Qeys Xəzəli diqqətə çatdırıb.

O qeyd edib ki, istintaq yekunlaşdıqdan sonra bütün faktlar ictimaiyyətə açıqlanmalıdır. /Eastnews/


Story Code: 906835

News Link :
https://www.islamtimes.org/az/news/906835/qeys-xəzəli-qasim-süleymani-sui-qəsdi-ilə-bağlı-açıqlama-verdi

Islam Times
  https://www.islamtimes.org