0
Tuesday 29 December 2020 - 11:44

Qeys Xəzəli Qasim Süleymani sui-qəsdi ilə bağlı açıqlama verdi

Story Code : 906835
Qeys Xəzəli Qasim Süleymani sui-qəsdi ilə bağlı açıqlama verdi
Şeyx Qeys Xəzəli açıqlamasında bildirib ki, Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis sui-qəsdində İngiltərə firması birbaşa iştirak edib.

"Bu firmanın adı G4S-dir. Onlar hədəfin təsdiq olunmasında iştirak ediblər. Bağdad hava limanı təhlükəsizlik kameralarına baxdığımızda gördük ki, Qasim Süleymaninin təyyarəsi endiyi zaman sözügedən şirkətə məxsus avtomobil təyyarəyə yaxın yerə gəlir və bir müddət kəşfiyyat işləri apardıqdan sonra oranı tərk edir", - deyə Şeyx Qeys Xəzəli diqqətə çatdırıb.

O qeyd edib ki, istintaq yekunlaşdıqdan sonra bütün faktlar ictimaiyyətə açıqlanmalıdır. /Eastnews/