QR CodeQR Code

ABŞ-da ilk dəfə koronavirusun "Britaniya" variantı aşkar edilib

30 Dec 2020 09:46

İslamTimes: “ABŞ mütəxəssislər çərşənbə axşamı Kolorado ştatında ilk dəfə koronavirusun "Britaniya" variantına (COVID-19 B.1.1.7) yoluxma aşkar ediblər.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis açıqlamasında bildirib.

Qubernator deyib ki, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir: “O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib”.

J.Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 19,4 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 336,9 mindən çox xəstə ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.


Story Code: 906996

News Link :
https://www.islamtimes.org/az/news/906996/abş-da-ilk-dəfə-koronavirusun-britaniya-variantı-aşkar-edilib

Islam Times
  https://www.islamtimes.org