QR CodeQR Code

Netanyahu casusu qarşıladı: Yeri öpdü... - Foto

31 Dec 2020 01:43

İslamTimes: İşğalçı İsrail Baş naziri Benyamin Netanyahu 30 il ABŞ-da həbs həyatı yaşayan casusu Təl-Əviv hava limanında qarşılayıb.


Axar.az xəbər verir ki, 1980-ci illərdə sionist rejim üçün casusluq edən ABŞ-ın kəşfiyyat zabiti Conatan Pollard 2015-ci ildə şərti azadlığa buraxılmışdı.

Pollard və xanımını hava limanında qarşılayan Netanyahu cütlüyə işğalçı İsrail rejimi pasportu təqdim edib.

Təyyarədən düşdükdən sonra maskasını çıxarıb yeri öpən Pollard Netanyahuya köməyindən dolayı təşəkkür edib və xanımı ilə İsraildə yeni həyat qurmaq istədiklərini söyləyib.

Qeyd edək ki, ABŞ donanmasının kəşfiyyat birliyində xidmət edən Pollard 1985-ci ildə İsrail kəşfiyyat xidmətinə bir çox məxfi sənədi sızdırmaqda günahlandırılaraq həbs olunmuşdu.


Story Code: 907136

News Link :
https://www.islamtimes.org/az/news/907136/netanyahu-casusu-qarşıladı-yeri-öpdü-foto

Islam Times
  https://www.islamtimes.org