QR CodeQR Code

Livanın paytaxtında terror hücumları hazırlayan ekstremist saxlanılıb

31 Dec 2020 09:02

İslamTimes: Livanın xüsusi xidmət orqanının əməkdaşları paytaxt Beyrutda kafelərə və əyləncə mərkəzlərinə hücumlar hazırlayan təhlükəli terrorçunu saxlayıblar.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik xidmətindən verilən açıqlamada bildirilib ki, saxlanılan şəxs İŞİD terror qruplaşması ilə əlaqəsi olan 20 yaşlı bir suriyalıdır.

“Dindirilmə zamanı o, etiraf edib ki, partlayıcı kəmərlər, kustar bombalar və terror hücumları zamanı istifadə ediləcək silahlar hazırlamaqla bağlı Suriyadakı İŞİD liderlərindən tapşırıq alıb”, - sənəddə belə deyilir.


Story Code: 907178

News Link :
https://www.islamtimes.org/az/news/907178/livanın-paytaxtında-terror-hücumları-hazırlayan-ekstremist-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org