QR CodeQR Code

İğtişaşlar İngiltərənin şəhərlərinə yayılıb

10 Aug 2011 10:10

IslamTimes - Artıq üç gecədir ki, davam edən iğtişaşlar İngiltərənin digər şəhərlərinə də yayılıb.


APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Birmingem, Mancester, Liverpul, Nottingem, Bristol və digər şəhərlərdə iğtişaşlar baş verib.

Londonda asayişi qorumaq üçün 16 min polis əməkdaşı şəhərin küçələrinə çıxıb.

Baş Nazir Devid Kameron hadisələri müzakirə etmək üçün yay tətilindən yarımçıq dönüb.

İğtişaşlar Tottenhamda ötən həftə gənc oğlanın polis tərəfindən öldürülməsindən sonra şənbə günü qızışıb.

Son üç gün ərzində Londonda cinayət törətməsi iddia edilən 400 adam həbs olunub. 69 adam müxtəlif cinayətlərə görə müqəssir bilinib.


Story Code: 90737

News Link :
https://www.islamtimes.org/az/news/90737/iğtişaşlar-ingiltərənin-şəhərlərinə-yayılıb

Islam Times
  https://www.islamtimes.org