QR CodeQR Code

Almaniyada məscidə ikinci dəfə hücum olundu

2 Jan 2021 01:41

İslamTimes: Həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi


2021-ci ilin ilk günü Almaniyada məscidə hücum olunub.

AzNews.az xəbər verir ki, ölkənin Baden-Württemberg əyalətindəki Sontheim qəsəbəsində Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı Fatih Məscidinə ziyan vurulub.

Naməlum şəxslər məscidin qarşısındakı taxta dəzgahla pəncərələri sındırıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi.


Story Code: 907454

News Link :
https://www.islamtimes.org/az/news/907454/almaniyada-məscidə-ikinci-dəfə-hücum-olundu

Islam Times
  https://www.islamtimes.org