QR CodeQR Code

Korona əleyhinə peyvənd olan həkim reanimasiyada

3 Jan 2021 01:05

İslamTimes: Meksikada "Pfizer" peyvəndi vurduran həkimlərdən biri reanimasiya şöbəsinə yerləşdirilib.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

"Koronavirus infeksiyasına qarşı peyvənd edilən 32 yaşlı həkim yarım saat ərzində səpgi, qıcolma, əzələ zəifliyi və tənəffüs çətinliyi yaranması səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib", - məlumatda qeyd olunub.

Qeyd olunub ki, hazırda bu reaksiyanın səbəbləri araşdırılır. İlkin diaqnoz ensefalomiyelitdir (onurğa beyindəki və ya beyindəki iltihab — red.). Xəstənin vəziyyəti stabildir, o, iltihab proseslərinin aktivliyinin azalması üçün dərmanlar qəbul edir.

İddia edilib ki, həkimin daha öncə də bəzi dərmanlara qarşı allergik reaksiyaları olub.


Story Code: 907692

News Link :
https://www.islamtimes.org/az/news/907692/korona-əleyhinə-peyvənd-olan-həkim-reanimasiyada

Islam Times
  https://www.islamtimes.org