0
Sunday 3 January 2021 - 01:05

Korona əleyhinə peyvənd olan həkim reanimasiyada

Story Code : 907692
Korona əleyhinə peyvənd olan həkim reanimasiyada
Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

"Koronavirus infeksiyasına qarşı peyvənd edilən 32 yaşlı həkim yarım saat ərzində səpgi, qıcolma, əzələ zəifliyi və tənəffüs çətinliyi yaranması səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib", - məlumatda qeyd olunub.

Qeyd olunub ki, hazırda bu reaksiyanın səbəbləri araşdırılır. İlkin diaqnoz ensefalomiyelitdir (onurğa beyindəki və ya beyindəki iltihab — red.). Xəstənin vəziyyəti stabildir, o, iltihab proseslərinin aktivliyinin azalması üçün dərmanlar qəbul edir.

İddia edilib ki, həkimin daha öncə də bəzi dərmanlara qarşı allergik reaksiyaları olub.