QR CodeQR Code

Bağdadda minlərlə insan Qasim Süleymaninin terrora məruz qaldığı əraziyə toplaşıb (FOTO)

3 Jan 2021 10:01

İslamTimes: İraqda minlərlə insan şəhid Qasim Slüleymani və şəhid Əbu-Mehdi əl-Mühəndisin terrora məruz qaldığı Bağdadın hava limanının ətrafına toplaşıblar.


SalamNews xəbər verir ki, bu gün yanvarın üçü İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı general Qasim Süleymaninin, İraqın Xalq Səfərbər Qüvvələrinin (Haşd-Şabi) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin və digər 7 iraqlı və iranlı hərbçinin ABŞ Ordusu tərəfindən terrora məruz qalmasının birinci ildönümüdür. Bu münasibətlə ötən gecə on minə yaxın insan Bağdadın hava limanı yolunda, yəni şəhidlərin terrora məruz qaldığı əraziyə toplaşaraq, onları anıblar.

Bu toplantıda İranın və İraqın rəsmiləri də iştirak edib.

Toplantıda çıxış edən hərbi və siyasi rəsmilər, yerli partiya və parlament rəsmiləri şəhidlərin intiqamının hökmən baş tutacağını bildiriblər.

Burada şəhidlərin ruhuna dualar edilib və onların xatirəsinə şamlar yandırılıb.

Bu gün sözügedən məşum terror aktı ilə bağlı Bağdadda böyük mitinqin keçiriləcəyi planlaşdırılır.






Story Code: 907740

News Link :
https://www.islamtimes.org/az/news/907740/bağdadda-minlərlə-insan-qasim-süleymaninin-terrora-məruz-qaldığı-əraziyə-toplaşıb-foto

Islam Times
  https://www.islamtimes.org