QR CodeQR Code

Bayden: ABŞ prezidenti qanundan üstün deyil!

إسلام تايمز , 10 Jan 2021 12:08

İslamTimes: ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden, hazırkı prezident Donald Trampın özü barədə əfv sərəncamı çıxara biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.


Bayden Twitter-də yazıb: "Prezidentimiz qanundan üstün deyil, ədalət xalqa xidmət göstərir, güclüləri qorumur!"

Bu barədə "New York Times" qəzeti məlumat yayaraq bildirib ki, Tramp köməkçilərinə prezidentliyinin son günlərində iki əfv qərarı vermək istədiyini söyləyib.

Hələ dəqiq məlum deyil ki, Tramp öz tərəfdarlarının Konqresə hücumundan sonra da bu məsələni qaldıracaq, yoxsa yox.

Bu günədək ABŞ prezidentlərindən heç biri özü barədə əfv fərmanı verməyib. Bu səbəbdən ABŞ məhkəmə sistemində bu qərarın necə qəbul ediləcəyi məlum deyil.


Story Code: 909269

News Link :
https://www.islamtimes.org/az/news/909269/bayden-abş-prezidenti-qanundan-üstün-deyil

Islam Times
  https://www.islamtimes.org