QR CodeQR Code

Trampa növbəti ŞOK - Fəxri doktorluğu da ləğv edildi

إسلام تايمز , 10 Jan 2021 19:59

İslamTimes: Donald Trampın Konqresə soxulan tərəfdarlarının vəhşi hücumundan sonra Tramp hər ötən gün daha çox təcrid olunur.


Respublikaçıların Trampı tək qoymasından və Twitterin Trampa məxsus 80 milyon izləyicisi olan səhifəni qapatmasından sonra, artıq bir zamanlar Trampa verilmiş təhsil sahəsindəki fəxri adlar da ondan alınır!
 
Əksər sosial platformaların Donald Trampın səhifələrini silməsindən sonra "Lehigh" universitetinin idarə heyəti Donald Trampa verilən fəxri doktorluq dərəcəsinin ləğv edildiyini açıqlayıb.
 
"Lehigh" Universitetinin müəllimləri bu qərarın səbəbini izah etməkdən imtina ediblər.
 
Tramp 1988-ci ildə "Lehigh" Universitetinin açılış mərasimində çıxış edərkən fəxri doktorluq dərəcəsi almışdı.
 
Trampın ekstremist tərəfdarlarının Konqresə soxulmasından sonra Nensi Pelosi başda olmaqla Nümayəndələr Palatasındakı demokratlar Trampı impiçment etməyə və 20 yanvardan da daha tez ondan qurtulmağa çalışırlar.


Story Code: 909338

News Link :
https://www.islamtimes.org/az/news/909338/trampa-növbəti-şok-fəxri-doktorluğu-da-ləğv-edildi

Islam Times
  https://www.islamtimes.org