QR CodeQR Code

ABŞ Kubanı yenidən terrorçuluğu dəstəkləyən dövlətlərin siyahısına salıb

12 Jan 2021 02:00

İslamTimes: ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası Kubanı yenidən “beynəlxalq terrorçuluğu dəstəkləyən ölkələr” siyahısına daxil edib.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bazar ertəsi etdiyi açıqlamasında deyib.

“Dövlət Departamenti terrorçulara sığınacaq verməklə beynəlxalq terror aktlarını dəstəklədiyinə görə Kubanı terrorçuluğu dəstəkləyən dövlətlər siyahısına daxil etdi. Bu addımla Kuba hökumətini yenidən məsuliyyətə cəlb edəcəyik və Kastro rejiminin beynəlxalq terrorizmə, ABŞ ədliyyə sisteminə qarşı təxribatçı hərəkətlərə göstərdiyi dəstəyə son qoyması lazım olduğuna dair açıq siqnal göndərəcəyik”, - deyə Pompeonun açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, rəsmi Havana ölkədə yaşayan kolumbiyalı solçu radikal üsyançı “Milli Qurtuluş Ordusu” qrupunun liderlərini təhvil verməkdən imtina edib. Bundan başqa, “Kuba siyasi motivdə zorakılıq ittihamı ilə axtarılan bir neçə ABŞ-dan olan cinayətkar üçün də sığınacaq verir”.


Story Code: 909601

News Link :
https://www.islamtimes.org/az/news/909601/abş-kubanı-yenidən-terrorçuluğu-dəstəkləyən-dövlətlərin-siyahısına-salıb

Islam Times
  https://www.islamtimes.org