QR CodeQR Code

Baydenin milli təhlükəsizlik müşaviri Ənsarullahın terrorçu elan edilməsinə qarşı çıxdı

إسلام تايمز , 17 Jan 2021 11:02

İslamTimes: ABŞ-ın yeni prezidentinin Milli Təhlükəsizlik müşaviri, "Ənsarullah"un terror təşkilatı elan edilməsinin yalnız Yəmən xalqının əzablarını artıracağını söyləyərək bu qərara qarşı çıxıb


ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Salivan Tramp administrasiyasının Yəmənin Ənsarullah Müqavimət Hərəkatını terror təşkilatı elan etməsinə qarşı çıxıb.

Salivan bazar günü Twitter səhifəsində yazdığı mesajında deyib: "Husi komandirləri cavabdeh olmalıdırlar, ancaq bütün Ənsarullah Təşkilatını terrorçu elan etmək yalnız Yəmən xalqının daha çox əzab çəkməsinə və müharibəni bitirmək üçün lazım olan həyati əhəmiyyətli diplomatiyanın təxirə salınmasına səbəb olacaq."

Salivan bu mesajı yazaraq Senator Todd Youngun Ənsarullahın terrorçu adlandırmasına qarşı fikirləri ilə həmrəy olduğunu bildirib.

Todd Young bildirmişdi ki, ABŞ dövlət katibi Mayk Pompeonun Yəməndəki Husi hərəkatını terror təşkilatı elan etməsi, ABŞ-ın Yəmən münaqişəsində səhv addımlarının davamıdır!


Story Code: 910682

News Link :
https://www.islamtimes.org/az/news/910682/baydenin-milli-təhlükəsizlik-müşaviri-ənsarullahın-terrorçu-elan-edilməsinə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org