QR CodeQR Code

İraqa aviazərbələr endirilib

19 Jan 2021 10:00

İslamTimes: Ötən gecə İraqın Babil vilayətinin şimalında yerləşən Curuf ən-Nəsr rayonu aviasiya zərbələrinə məruz qalıb.


Bu barədə “Al-Mayadeen” televiziya kanalı yerli mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, aviazərbələrin endirildiyi ərazi İraq ordusunun nəzarətindədir. Telekanalın mənbəsinin məlumatına əsasən, ötən gecə İraqın Suriya ilə sərhədində yeləşən əl-Qaim şəhəri ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edilib.

Pentaqon ötən gecə İraqın mərkəzi vilayətinə zərbə endirmədiyini açıqlayıb.

Səudiyyə Ərəbistanına məxsus “Al-Arabiya” televiziya kanalı Cufur əl-Nəsrdə “Kətaib Hizbullah” təşkilatının mövqelərində 3 partlayışın olduğunu iddia edib. /Eastnews/


Story Code: 911046

News Link :
https://www.islamtimes.org/az/news/911046/iraqa-aviazərbələr-endirilib

Islam Times
  https://www.islamtimes.org