0
Tuesday 19 January 2021 - 10:00

İraqa aviazərbələr endirilib

Story Code : 911046
İraqa aviazərbələr endirilib
Bu barədə “Al-Mayadeen” televiziya kanalı yerli mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, aviazərbələrin endirildiyi ərazi İraq ordusunun nəzarətindədir. Telekanalın mənbəsinin məlumatına əsasən, ötən gecə İraqın Suriya ilə sərhədində yeləşən əl-Qaim şəhəri ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edilib.

Pentaqon ötən gecə İraqın mərkəzi vilayətinə zərbə endirmədiyini açıqlayıb.

Səudiyyə Ərəbistanına məxsus “Al-Arabiya” televiziya kanalı Cufur əl-Nəsrdə “Kətaib Hizbullah” təşkilatının mövqelərində 3 partlayışın olduğunu iddia edib. /Eastnews/