QR CodeQR Code

Çin: ABŞ-ın yeni rəhbərliyi Trampın səhvlərindən dərs çıxarmalıdır

إسلام تايمز , 26 Jan 2021 20:38

İslamTimes: ABŞ-ın yeni rəhbərliyi ilə münasibətlərin yaxşılaşdırılacağına ümid etdiyini bildirən Çin Xarici İşlər Nazirliyi yeni prezident Co Baydeni Trampın səhvlərindən dərs çıxarmağa çağırdı.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian rəsmi Pekinin Baydenin Çin-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Sözçü deyib ki, son bir neçə ildə Tramp administrasiyası bir çox səhvlərə yol verərək Çini strateji rəqib və ya hətta bir təhdid olaraq tanıtdırmağa çalışdı. Tramp bu yanlış siyasətlərlə Çinin maraqlarına zərər toxundurub, bizim ölkənin daxili işlərinə müdaxilə etdi.

Jao Liçian Çin və ABŞ-ın iki hegemon ölkə olaraq, dünyada sülhün bərqərar olunması üçün həmkarlıq etməli olduğunu bildirib. O ABŞ-ın yeni rəhbərliyinin Tramp administrasiyasının Çinə qarşı səhv siyasətindən dərs alacağına və gələcəkdə Çin-ABŞ münasibətlərinin müsbət yöndə inkişaf edəcəyinə ümid etdiyini qeyd edib.

 


Story Code: 912544

News Link :
https://www.islamtimes.org/az/news/912544/çin-abş-ın-yeni-rəhbərliyi-trampın-səhvlərindən-dərs-çıxarmalıdır

Islam Times
  https://www.islamtimes.org