QR CodeQR Code

ABŞ rəsmisi İranın intiqam tədbirinə görə yaşananlardan danışdı

إسلام تايمز , 31 Jan 2021 23:38

İslamTimes: Elliot Abrams: Bütün gücümlə Qasim Süleymaninin terror ildönümündə İranın cavab tədbirinə mane olmağa çalışırdım


ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının İran və Venesuela üzrə xüsusi elçisi Elliott Abrams 2021-ci il, 6 yanvar tarixində baş verən Tramp tərəfdarlarının Konqresə hücumu zamanı mobil telefon xidməti olmayan təhlükəsiz bir məkanda olduğu üçün baş verənlər barədə məlumatsız olub. O bildirib ki, Tramp tərəfdarlarının Konqresə soxulduğunu biləndə şok keçirdim.

Elliot Abrams deyib:

"Tramp İsrailin təhlükəsizliyi üçün böyük işlər görmüşdü. Amma 6 yanvarda baş verənlərlə bütün müsbət işlərini məhv etdi. Bu gün artıq Bayden hökumətinə fürsət verməliyik. Baxaq görək Baydenin İranla razılaşması necə olacaq. Obama dövlətindəki razılaşmadan fərqli olacaq, yoxsa oxşar bir razılaşma əldə ediləcək...

Mən xüsusi ilə 3 noyabr seçkilərindən sonra bütün gücümlə İranın Qasim Süleymaninin intiqamı üçün atacağı addımların qarşısını almağa çalışdım."


Story Code: 913520

News Link :
https://www.islamtimes.org/az/news/913520/abş-rəsmisi-iranın-intiqam-tədbirinə-görə-yaşananlardan-danışdı

Islam Times
  https://www.islamtimes.org