0
Sunday 31 January 2021 - 23:38

ABŞ rəsmisi İranın intiqam tədbirinə görə yaşananlardan danışdı

Story Code : 913520
ABŞ rəsmisi İranın intiqam tədbirinə görə yaşananlardan danışdı
ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının İran və Venesuela üzrə xüsusi elçisi Elliott Abrams 2021-ci il, 6 yanvar tarixində baş verən Tramp tərəfdarlarının Konqresə hücumu zamanı mobil telefon xidməti olmayan təhlükəsiz bir məkanda olduğu üçün baş verənlər barədə məlumatsız olub. O bildirib ki, Tramp tərəfdarlarının Konqresə soxulduğunu biləndə şok keçirdim.

Elliot Abrams deyib:

"Tramp İsrailin təhlükəsizliyi üçün böyük işlər görmüşdü. Amma 6 yanvarda baş verənlərlə bütün müsbət işlərini məhv etdi. Bu gün artıq Bayden hökumətinə fürsət verməliyik. Baxaq görək Baydenin İranla razılaşması necə olacaq. Obama dövlətindəki razılaşmadan fərqli olacaq, yoxsa oxşar bir razılaşma əldə ediləcək...

Mən xüsusi ilə 3 noyabr seçkilərindən sonra bütün gücümlə İranın Qasim Süleymaninin intiqamı üçün atacağı addımların qarşısını almağa çalışdım."