QR CodeQR Code

İran gələn həftədən Rusiya vaksinlərini idxal edəcəyini bildirib

1 Feb 2021 16:39

İslamTimes: İran yerli vaksinlərlə yanaşı Çin və Rusiyadan peyvəndlərin idxal ediləcəyini bildirib. Ölkəyə rus vaksinləri gələn həftədən idxal ediləcək.


SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma naziri  Məhəmməd İslami deyib.

O bildirib ki, Rusiya vaksinlərinin idxalı üçün gələn həftə xüsusi uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, son sutkada İranda koronavirusun Covid-19 növündən 79 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 58,038-ə çatıb.

İranda son sutkada 6,597 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,424,590-a çatıb.


Story Code: 913667

News Link :
https://www.islamtimes.org/az/news/913667/iran-gələn-həftədən-rusiya-vaksinlərini-idxal-edəcəyini-bildirib

Islam Times
  https://www.islamtimes.org