0
Monday 1 February 2021 - 16:39

İran gələn həftədən Rusiya vaksinlərini idxal edəcəyini bildirib

Story Code : 913667
İran gələn həftədən Rusiya vaksinlərini idxal edəcəyini bildirib
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma naziri  Məhəmməd İslami deyib.

O bildirib ki, Rusiya vaksinlərinin idxalı üçün gələn həftə xüsusi uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, son sutkada İranda koronavirusun Covid-19 növündən 79 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 58,038-ə çatıb.

İranda son sutkada 6,597 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,424,590-a çatıb.