QR CodeQR Code

ABŞ-dan “Navalnı işi” ilə bağlı sanksiyalar – Siyahıda Putinin də adı var

4 Feb 2021 11:55

İslamTimes: ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.


Modern.az xəbər verir ki, sanksiya layihəsi Aleksey Navalnının zəhərlənməsi və həbs olunmasında əli olan hakimiyyət üzvlərinə qarşı fərqi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

Həmin şəxslərə viza verilməsinin dayandırılması, bank hesablarının dondurulmasını nəzərdə tutur. Habelə, təşəbbüs ABŞ hakimiyyətinə Rusiya prezidenti və onun yaxın ətrafının gəlirlərini analiz etməyi də nəzərdə tutur.

“Senatorlar növbətri dəfə beynəlxalq hüququ pozan, o cümlədən Rusiya müxalifətinin lideri və korrupsiya ilə mübarizə aparan Aleksey Navalnının zəhərlənməsi və həbs olunmasına yardım edən rusiyalı məmurlara qarşı fərqi sanksiyaların tətbiqini gündəliyə salır”- deyə açıqlamada deyilir.

Məmurlara qarşı sanksiya və Putinin gəlirlərinin hesablanması ilə yanaşı, layihə 2015-ci ilin fevralında Moskvanın mərkəzində öldürülən siyasətçi Boris Nemtsovun işi ilə bağlı da əlavə araşdırma aparacaq.

Qanun layihəsinə 6 senator – 2 respublikaçı (Mitt Romni, Mark Rubio) və 4 demokrat (Kris Kuns, Ben Kardin, Kris Van Xollen və Dik Durbin) imza atıb.


Story Code: 914283

News Link :
https://www.islamtimes.org/az/news/914283/abş-dan-navalnı-işi-ilə-bağlı-sanksiyalar-siyahıda-putinin-də-adı-var

Islam Times
  https://www.islamtimes.org