QR CodeQR Code

Netanyahunun BƏƏ və Bəhreynə səfəri ləğv edildi

4 Feb 2021 17:04

İslamTimes: Bu gün işğalçı İsrail baş naziri Benyamin Netanyahunun BƏƏ və Bəhreynə səfərinin ləğv edildiyi ilə bağlı məlumat yayılıb.


İşğalçı İsrail baş nazirinin ərəb sözçüsü Ofer Cundelman Twitter hesabında yazıb ki, Netanyahunun bu səfəri başqa bir zamana təxirə salınıb.

Cundelman işğal olunmuş Fələstin səmasının bağlı olması səbəbiylə səfərin ləğv edildiyini iddia edib.

Bundan öncə sionist mənbələr Netanyahunun bu ayın 9-da BƏƏ və Bəhreynə üç günlük səfər edəcəyini bildirmişdi.

Amma daha sonra sionist rejimin Kanal 12 şəbəkəsi səfərin müddətinin üç gündən üç saata endirildiyini bildirib.


Story Code: 914324

News Link :
https://www.islamtimes.org/az/news/914324/netanyahunun-bəə-və-bəhreynə-səfəri-ləğv-edildi

Islam Times
  https://www.islamtimes.org