QR CodeQR Code

İran nüvə sazişinə qayıtmadan ABŞ-la danışıqların olmayacağını bildirib

6 Feb 2021 17:10

İslamTimes: “Nüvə sazişinə geri dönmədən Vaşinqtonla danışıqlar olmayacaq.”


SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə mətbuatına açıqlamasında deyib.

Cavad Zərif, ABŞ-da nüvə sazişinə qayıtmaqla bağlı gecikdimənin olduğunu bildirib və əlavə edib ki, bu, Tramp dövründən sonra Amerika daxilində yaşanan vəziyyətlə bağlıdır.

İran XİN rəhbəri bildirib ki, bu gecikdirmə davam etdikcə və ABŞ sazişə qayıtmadıqca Vaşinqtonla danışıqlar olmayacaq.

Qeyd edək ki, İran rəsmi mənəbləri Co Bayden Administrasiyasının iş başına gəlməsindən sonra Vaşinqtonla təmasların hələ qurulmadığını bildirirlər.


Story Code: 914703

News Link :
https://www.islamtimes.org/az/news/914703/iran-nüvə-sazişinə-qayıtmadan-abş-la-danışıqların-olmayacağını-bildirib

Islam Times
  https://www.islamtimes.org