QR CodeQR Code

Bayden Çindən çəkinir? - Gözlənilməz açıqlama

8 Feb 2021 10:07

İslamTimes: ABŞ-la Çinin arasındakı kəskin rəqabətə baxmayaraq, ölkələr münaqişə yaratmamalıdır.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində danışıb.

O, Amerikanın vitse-prezidenti olduğu dövrdə ÇXR-in sədri Si Szinpinlə münasibətlərindən danışıb:

"Mən ona hər zaman demişəm ki, ölkələr arasında münaqişə olmamalıdır, amma kəskin rəqabət mütləq olacaq. Mən bunu etmək fikrində deyiləm — o bunu bilir, çünki o da müəyyən siqnalları göndərirdi".

Bununla yanaşı, o, Si Szinpinlə müzakirə edilə biləcək çox şeyin olduğunu deyib.

"O, çox ağıllıdır və tam güzəştsizdir", - Bayden əlavə edib.


Story Code: 914970

News Link :
https://www.islamtimes.org/az/news/914970/bayden-çindən-çəkinir-gözlənilməz-açıqlama

Islam Times
  https://www.islamtimes.org