0
Monday 8 February 2021 - 10:07

Bayden Çindən çəkinir? - Gözlənilməz açıqlama

Story Code : 914970
Bayden Çindən çəkinir? - Gözlənilməz açıqlama
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində danışıb.

O, Amerikanın vitse-prezidenti olduğu dövrdə ÇXR-in sədri Si Szinpinlə münasibətlərindən danışıb:

"Mən ona hər zaman demişəm ki, ölkələr arasında münaqişə olmamalıdır, amma kəskin rəqabət mütləq olacaq. Mən bunu etmək fikrində deyiləm — o bunu bilir, çünki o da müəyyən siqnalları göndərirdi".

Bununla yanaşı, o, Si Szinpinlə müzakirə edilə biləcək çox şeyin olduğunu deyib.

"O, çox ağıllıdır və tam güzəştsizdir", - Bayden əlavə edib.