QR CodeQR Code

BMT-nin Yəmən üzrə nümayəndəsi Tehran rəsmilərilə danışıqlar aparır

8 Feb 2021 11:23

İslamTimes: BMT-nin Yəmən münaqişəsi üzrə nümayəndəsi Martin Qrifis Tehranda səfərdədir.


SalamNews xəbər verir ki, ABŞ-da yeni hökumətin Yəmən münaqişəsilə bağlı yeni addımlarından sonra beynəlxalq müstəvidə sözügedən münaqişə ilə bağlı yeni danışıq imkanları ortaya çıxıb. Bu istiqamətdə Tehranda səfərdə olan BMT-nin Yəmən münaqişəsi üzrə nümayəndəsi Martin Qrifis İran rəsmilərilə görüşlər keçirir.

Məlumata görə Martin Qrifis İran XİN müşavirlərilə görüşdə, Yəmən münaqişəsinin həlli istiqamətində rəsmi Tehranın verə biləcəyi töhfələri müzakirə edəcək.

Qeyd edək ki, yeni ABŞ hökuməti Yəmən müharibəsində Səudiyyə koalisiyasına hərbi dəstəyi dayandırdığını bildirib.


Story Code: 914996

News Link :
https://www.islamtimes.org/az/news/914996/bmt-nin-yəmən-üzrə-nümayəndəsi-tehran-rəsmilərilə-danışıqlar-aparır

Islam Times
  https://www.islamtimes.org