QR CodeQR Code

Səudiyyə şahzadəsi ölkə qanununu dəyişdirir

9 Feb 2021 11:51

İslamTimes: Səudiyyə Ərəbistanının vəliəhdi və krallığın baş nazirinin birinci müavini Məhəmməd ibn Salman ibn Əbdül Əziz əs-Səud ötən gün qanunvericiliyi təkmilləşdirmək üçün islahatlar aparacağını açıqlayıb.


Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Məhəmməd ibn Salmanın sözlərinə əsasən, krallıq hüquqları qorumaq, ədalət və şəffaflıq prinsiplərini gücləndirmək üçün qanunları dəyişdirərək, təkmilləşdirərək, qanunverici sistemidə islahat edir. Hazırlanmaqda olan dörd normativ akt arasında şəxsi vəziyyət haqqında qanun, mülki müqavilələr haqqında qanun, sübutlar haqqında qanun və cinayət məcəlləsi olduğu söylənib.

Vəliəhd şahzadənin məlumatına əsasən, qanun layihələri əvvəl hökumətə, daha sonra Məsləhət Şurasına (qanunverici orqan) baxılmaq üçün təqdim ediləcək. Qanunların bu il qəbul edilməsi planlaşdırılır. /Eastnews/


Story Code: 915224

News Link :
https://www.islamtimes.org/az/news/915224/səudiyyə-şahzadəsi-ölkə-qanununu-dəyişdirir

Islam Times
  https://www.islamtimes.org