0
Tuesday 9 February 2021 - 11:51

Səudiyyə şahzadəsi ölkə qanununu dəyişdirir

Story Code : 915224
Səudiyyə şahzadəsi ölkə qanununu dəyişdirir
Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Məhəmməd ibn Salmanın sözlərinə əsasən, krallıq hüquqları qorumaq, ədalət və şəffaflıq prinsiplərini gücləndirmək üçün qanunları dəyişdirərək, təkmilləşdirərək, qanunverici sistemidə islahat edir. Hazırlanmaqda olan dörd normativ akt arasında şəxsi vəziyyət haqqında qanun, mülki müqavilələr haqqında qanun, sübutlar haqqında qanun və cinayət məcəlləsi olduğu söylənib.

Vəliəhd şahzadənin məlumatına əsasən, qanun layihələri əvvəl hökumətə, daha sonra Məsləhət Şurasına (qanunverici orqan) baxılmaq üçün təqdim ediləcək. Qanunların bu il qəbul edilməsi planlaşdırılır. /Eastnews/