QR CodeQR Code

İranda inqilabın 42-ci ildönümündə "Allahu Əkbər" sədaları ucaldı

إسلام تايمز , 9 Feb 2021 21:33

İslamTimes: Hər il "21 bəhmən" günündə olduğu kimi bu il də İranda İslam İnqilabının qələbə gecəsi xalq saat 21:00-da balkonlarından "Allahu Əkbər" deyə səslənib.


İran xalqı ölkənin müxtəlif şəhərlərində saat 21:00-da, İslam İnqilabının qələbəsinin 42-ci ildönümünü anmaq üçün balkon və pəncərələrinə çıxaraq "Allahu Əkbər" deyə səsləniblər.

Paytaxt Tehran və digər şəhərlərdə atəşfəşanlıq mərasimləri təşkil edilib. Mərasim bəzi televiziya kanallarında canlı yayımlanıb.

Bu il İslam İnqilabının ildönümü koronavirus pandemiyası səbəbindən məcazi fəzada qeyd olunacaq.


Story Code: 915327

News Link :
https://www.islamtimes.org/az/news/915327/iranda-inqilabın-42-ci-ildönümündə-allahu-əkbər-sədaları-ucaldı

Islam Times
  https://www.islamtimes.org