QR CodeQR Code

İngiltərə Yəmən xalqının qətliamına şərik olmağa davam edəcək!

إسلام تايمز , 9 Feb 2021 23:57

İslamTimes: ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırmasına baxmayaraq, İngiltərə hələ də Səudiyyə rejiminə silah satmağa davam edəcəyini bildirib.


"Guardian" qəzeti son hesabatında İngiltərə hökumətinin ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırma qərarına qarşı olduğunu qeyd edib.

Ötən həftə prezident Co Bayden başda olmaqla ABŞ-ın yeni rəhbərliyi Səudiyyə Ərəbistanına silah satışını dayandıracağını açıqlayıb.

İngiltərənin Afrika və Yaxın Şərq Məsələləri üzrə məsul şəxsi Ceymz Klorli bildirib ki, rəsmi London ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışına qadağasını yenidən nəzərdən keçirib. İngiltərə iddia edib ki, cinayətkar Ali-Səud rejiminə satılan silahlar müharibədə və insan haqlarının pozulmasında istifadə edilmir.

Qeyd edək ki, BMT də dəfələrlə Səudiyyə Ərəbistanını Yəmən xalqına qarşı hava hücumlarını dayandırmağa çağırıb. Amma Ali-Səud rejimi hələ də Yəməni blokadada saxlayır və bu ölkə əhalisini qətliam etməyə davam edir!


Story Code: 915349

News Link :
https://www.islamtimes.org/az/news/915349/ingiltərə-yəmən-xalqının-qətliamına-şərik-olmağa-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org