QR CodeQR Code

İran prezidenti İslam İnqilabının ildönümü ilə bağlı çıxış edib: Sentrifuqalar daha güclü işləyəcək

10 Feb 2021 13:52

İslamTimes: “İran iqtisadiyyatı ona qarşı başladılan müharibə qarşısında məğlub olmadı və daha da güclü olacaq. Eləcə də nüvə təsisatlarındakı sentrifuqaların işi dayanmayacaq və daha yaxşı işləyəcək.”


SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani İslam İnqilabının qələbə çalmasının 42-ci ildönümündə çıxışı zamanı deyib.

Koronavirus pandeiyasına görə, videokonfrans vasitəsilə yayımlanan çıxışda, İslam İnqilabının əhəmiyyətindən danışan Həsən Ruhani bildirib ki, bu inqilab İran xalqına iqtisadi, hərbi, elmi və sair sahələrdə istiqlaliyyət bəxş edib.

O, ABŞ-ın ölkəsinə qarşı sanksiyalara toxunub və bildirib ki, üç ildir aparılan bu iqtisadi müharibə indi səmərəsiz və faydasız olduğunu göstərmiş olub.

Həsən Ruhani inqilabın ildönümündə nüvə proqramı haqda da mesaj verib və bildirib ki, uranın zənginləşdirilməsi üçün sentrifuqalar daha yaxşı və daha güclü işləyəcək.


Story Code: 915423

News Link :
https://www.islamtimes.org/az/news/915423/iran-prezidenti-islam-inqilabının-ildönümü-ilə-bağlı-çıxış-edib-sentrifuqalar-daha-güclü-işləyəcək

Islam Times
  https://www.islamtimes.org