0
Wednesday 10 February 2021 - 13:52

İran prezidenti İslam İnqilabının ildönümü ilə bağlı çıxış edib: Sentrifuqalar daha güclü işləyəcək

Story Code : 915423
İran prezidenti İslam İnqilabının ildönümü ilə bağlı çıxış edib: Sentrifuqalar daha güclü işləyəcək
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani İslam İnqilabının qələbə çalmasının 42-ci ildönümündə çıxışı zamanı deyib.

Koronavirus pandeiyasına görə, videokonfrans vasitəsilə yayımlanan çıxışda, İslam İnqilabının əhəmiyyətindən danışan Həsən Ruhani bildirib ki, bu inqilab İran xalqına iqtisadi, hərbi, elmi və sair sahələrdə istiqlaliyyət bəxş edib.

O, ABŞ-ın ölkəsinə qarşı sanksiyalara toxunub və bildirib ki, üç ildir aparılan bu iqtisadi müharibə indi səmərəsiz və faydasız olduğunu göstərmiş olub.

Həsən Ruhani inqilabın ildönümündə nüvə proqramı haqda da mesaj verib və bildirib ki, uranın zənginləşdirilməsi üçün sentrifuqalar daha yaxşı və daha güclü işləyəcək.