QR CodeQR Code

"Ənsarullah" ABŞ-ın yeni qərarına münasibət bildirdi

13 Feb 2021 12:29

İslamTimes: Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli əl-Husi Bayden hökumətinin "Ənsarullah" hərəkatını xarici terror təşkilatları siyahısından çıxarmaq qərarına münasibət bildirib.


Bu barədə "Al Masirah" telekanalını məlumat verib. Məhəmməd Əli əl-Husi "Blinkenin açıqlaması Yəmənin düşmənlərinin "Ənsarullah"ın ölkəni qorumaqdakı qanuni fəaliyyətlərini qəbul etdiklərinə işarədir", - deyib.

Əl-Husi "ABŞ-ın qərarından imtina etməsi müsbət bir addımdır. Ancaq Vaşinqtonun Yəmənin işğalı və mühasirəsini dəstəkləyən düşmən münasibətlərini dayandırmaq üçün yeni qərarlar qəbul etməsini gözləyirik", - deyə bildirib.

ABŞ Dövlət katibi Entoni Blinken 16 fevral tarixindən etibarən Yəmən "Ənsarullah" hərəkatını xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlamışdı. /Eastnews/


Story Code: 916003

News Link :
https://www.islamtimes.org/az/news/916003/ənsarullah-abş-ın-yeni-qərarına-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org