QR CodeQR Code

Livan prezidenti: Həriri hökumət təşkili ilə bağlı yeni bir söz söyləmədi!

إسلام تايمز , 13 Feb 2021 15:54

İslamTimes: Livan prezidenti cümə günü hökumət təşkil edilməsini öhdəsinə götürmüş Səd Həriri ilə görüşü barədə danışıb


Livan prezidenti hazırkı baş nazir, yeni Livan hökumətinin təşkil edilməsinə vəzifəli olan Səd Həriri ilə baş tutan görüş barədə danışaraq bildirib ki, Həriri görüş zamanı Livanın gələcək hökumətinin qurulması ilə bağlı yeni bir söz söyləməyib.

Görüşlə bağlı açıqlamada deyilir: "Mişel Aun Həririnin müraciətindən sonra prezident sarayında baş naziri qəbul edib. Mövzu yeni hökumətin qurulması olsa da Səd Həriri yeni bir söz deməyib..."

Qeyd edək ki, iki aya yaxın bir müddətdir ki, prezident Mişel Aunla baş nazir Səd Həriri arasında gərginlik daha da artıb. Prezident açıq şəkildə Səd Həririnin yalancı olduğunu bildirib.

Səd Həriri özü prezidentlə görüşü ilə bağlı deyib: "Mən prezidentlə məsləhətləşdim və məsləhətləşmələri yekunlaşdıracağıq. Prezidentə əlimizdəki qızıl fürsəti izah etdim. Hər qrup bu gündən etibarən öz mövqeyinə görə cavabdehdir..."


Story Code: 916048

News Link :
https://www.islamtimes.org/az/news/916048/livan-prezidenti-həriri-hökumət-təşkili-ilə-bağlı-yeni-bir-söz-söyləmədi

Islam Times
  https://www.islamtimes.org