QR CodeQR Code

ABŞ Prezidenti G7 Sammitinə qoşulacaq

15 Feb 2021 09:03

İslamTimes: ABŞ Prezidenti Co Bayden 19 fevralda virtual formatda keçiriləcək G7 liderləri sammitinə qatılacaq.


Ağ Evin verdiyi açıqlamada ötən ilin aprelindən bu yana ilk dəfə keçiriləcək G7 liderlərinin sammitində Baydenin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəni və qlobal iqtisadiyyatın yenidən qurulması məsələlərini müzakirə edəcəyi bildirilib.
Baydenin sammitdə "COVID-19" peyvəndinin istehsalı, paylanması və tədarükü ilə ortaya çıxan yoluxucu xəstəliklər təhlükəsinə qarşı səhiyyə maliyyələşdirilməsinin qurulması istiqamətində əməkdaşlığa diqqət yetirəcəyi, Çinin səbəb olduğu iqtisadi çətinliklərin və qlobal iqlim böhranının da gündəmdə olacağı ifadə edilib. /Eastnews/


Story Code: 916329

News Link :
https://www.islamtimes.org/az/news/916329/abş-prezidenti-g7-sammitinə-qoşulacaq

Islam Times
  https://www.islamtimes.org