0
Monday 15 February 2021 - 09:03

ABŞ Prezidenti G7 Sammitinə qoşulacaq

Story Code : 916329
ABŞ Prezidenti G7 Sammitinə qoşulacaq
Ağ Evin verdiyi açıqlamada ötən ilin aprelindən bu yana ilk dəfə keçiriləcək G7 liderlərinin sammitində Baydenin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəni və qlobal iqtisadiyyatın yenidən qurulması məsələlərini müzakirə edəcəyi bildirilib.
Baydenin sammitdə "COVID-19" peyvəndinin istehsalı, paylanması və tədarükü ilə ortaya çıxan yoluxucu xəstəliklər təhlükəsinə qarşı səhiyyə maliyyələşdirilməsinin qurulması istiqamətində əməkdaşlığa diqqət yetirəcəyi, Çinin səbəb olduğu iqtisadi çətinliklərin və qlobal iqlim böhranının da gündəmdə olacağı ifadə edilib. /Eastnews/