QR CodeQR Code

Livan Prezident Ofisi Səid Həririni ittiham etdi

15 Feb 2021 10:55

İslamTimes: Livan Prezidenti Mişel Aununun ofisi Səid Həririyə etiraz olaraq açıqlama yayıb.


Prezident ofisindən verilən yazılı açıqlamada bildirilir ki, Səid Həririnin atası Rafiq Həririnin öldürülməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə etdiyi çıxış öz uğursuzluqlarının üstünü örtmək cəhdidir.

Bundan əlavə Səid Həririnin açıqlamalarının konstitusiyaya zidd olduğu da diqqətə çatdırılıb. "Səid Həriri Livan konstitusiyasına və siyasi ənənələrinə zidd olaraq yeni hökumət qurmağa çalışır. Xalqın və konsultasiyanın iradəsinə zidd hərəkət edir", - deyə yazılı açıqlamada diqqətə çatdırılıb.

Xatırladaq ki, Beyrut limanında baş verən partlayış səbəbilə istefa verən Həsən Diabdan sonra bu vəzifəyə təyin olunan Səid Həriri artıq 4 aydır Livanda yeni hökuməti qura bilmir. /Eastnews/


Story Code: 916331

News Link :
https://www.islamtimes.org/az/news/916331/livan-prezident-ofisi-səid-həririni-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org