QR CodeQR Code

Səudiyyə müxalifətiçisi: “Xalq Bin Salmandan xilas olmaq üçün ayağa qalxmalıdır”

17 Feb 2021 17:08

İslamTimes: Səudiyyə rejiminin müxalif partiyasının sözçüsü, Ərəbistan xalqının bu rejimə qarşı qalxmaqla, Bin Salmanın yaratdığı işgəncə və iztirablara son qoya biləcəyini bildirib.


Ət-Tacamu əl-Vatani müxalif partiyasının mətbuat katibi Madaui ər-Rəşid, Ərəbistan xalqı susarsa, bu ölkədəki hakim rejim insanları qorxutmaq üçün hərəkətlərinə davam edəcəyini söyləyib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, ər-Rəşid, ABŞ-ın keçmiş prezidentlərinin Səudiyyə rejimi ilə keçmiş təcrübəsinə toxunan, ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyətə gəlməsi ilə Səudiyyə xalqına qarşı ondan müsbət addımlar gözləməyin əbəs olduğunu söyləyib. Əlavə olaraq, keçən bazar Səudiyyə rejiminin müxalif sosial media fəalları, "Səudiyyə rejimini devirmək" heşteqi təbliğ edərək kampaniya keçirib. Səudiyyə rejimin müxalif fəalları bu kampaniya müddətində Səudiyyə rejiminin rəsmilərinin insan haqları pozuntuları, zülm və korrupsiya hallarına işarə edərək, ciddi iqtisadi problemləri, ölkədəki büdcə kəsirlərinin illik artımını, tənəzzül və işsizliyi tənqid edib.


Story Code: 916819

News Link :
https://www.islamtimes.org/az/news/916819/səudiyyə-müxalifətiçisi-xalq-bin-salmandan-xilas-olmaq-üçün-ayağa-qalxmalıdır

Islam Times
  https://www.islamtimes.org