QR CodeQR Code

Baydenin köməkçisi ABŞ prezidentinin İranla danışıqlara hazır olduğunu bildirib

22 Feb 2021 09:36

İslamTimes: “ABŞ Prezidenti Co Bayden nüvə proqramını məhdudlaşdırmaq üçün İran İslam Respublikası ilə danışıqlara hazırdır, bu təklif qüvvədə qalır”.


APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan “CBS” telekanalına müsahibəsində deyib.

O, diplomatiyanın ən yaxşı yol olduğuna inandıqlarını bildirib: “İran buna hələ cavab verməyib. Növbə İran tərəfindədir".

Rəsmi Tehran isə bildirib ki, ABŞ xoş niyyətini sübuta yetirmək üçün ilk öncə HBFP sazişinə dönərək, İran xalqına qarşı qeyri-insani sanksiyaları aradan qaldırmalıdır. Bundan sonra İran da sazişdəki öhdəliklərinə geri dönəcək.


Story Code: 917675

News Link :
https://www.islamtimes.org/az/news/917675/baydenin-köməkçisi-abş-prezidentinin-iranla-danışıqlara-hazır-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org