QR CodeQR Code

Liviyada qarşıdurmalar davam edir

14 Aug 2011 21:39

IslamTimes - Qarşıdurmalar paytaxt Tripoliyə yaxınlaşır


İslamazeri.az internet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Liviyadakı müxalifət paytaxt Tripolinin yolu üzərində yerləşən böyük yaşayış məskəni olan Zaviyenin mərkəzniə 800 metr yaxınlaşdıqlarını açıqlayıb.

Müxaliflər yaşayış məskənini tam ələ keçirə bilmədiklərini və döyüşlərin davam etdiyini bildirib. Qəddafi qüvvələri isə müxalifətin hücumunu dayandıraraq onları geri oturtduğunu iddia edib. Tripoli və Zaviye arasındakı yollar döyüşlər üzündən bağlanıb. Breqa və Misrata şəhərlərindəki döyüşlərdə son 2 gündə 21 müxalifət düyüşçsü və 6 Liviya əsgəri həlak olub. Bu arada Liviya hakimiyyəti ötən həftə NATO-nun bombardımanı nəticəsində yaralanan 85 dinc sakini paytaxt xəstəxanalarında yerləşdirib. Onların arasında uşaqlar da var. /İslamAzeri/


Story Code: 91844

News Link :
https://www.islamtimes.org/az/news/91844/liviyada-qarşıdurmalar-davam-edir

Islam Times
  https://www.islamtimes.org