0
Sunday 14 August 2011 - 21:39

Liviyada qarşıdurmalar davam edir

Story Code : 91844
Liviyada qarşıdurmalar davam edir
Liviyada qarşıdurmalar davam edir
İslamazeri.az internet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Liviyadakı müxalifət paytaxt Tripolinin yolu üzərində yerləşən böyük yaşayış məskəni olan Zaviyenin mərkəzniə 800 metr yaxınlaşdıqlarını açıqlayıb.

Müxaliflər yaşayış məskənini tam ələ keçirə bilmədiklərini və döyüşlərin davam etdiyini bildirib. Qəddafi qüvvələri isə müxalifətin hücumunu dayandıraraq onları geri oturtduğunu iddia edib. Tripoli və Zaviye arasındakı yollar döyüşlər üzündən bağlanıb. Breqa və Misrata şəhərlərindəki döyüşlərdə son 2 gündə 21 müxalifət düyüşçsü və 6 Liviya əsgəri həlak olub. Bu arada Liviya hakimiyyəti ötən həftə NATO-nun bombardımanı nəticəsində yaralanan 85 dinc sakini paytaxt xəstəxanalarında yerləşdirib. Onların arasında uşaqlar da var. /İslamAzeri/
Comment