QR CodeQR Code

Lavrov: ABŞ-ın bütün sanksiyalarına cavab verəcəyik

2 Mar 2021 17:59

İslamTimes: Rusiyanın xarici işlər naziri ölkəsinin ABŞ-ın sanksiyalarını cavabsız qoymayacağını söyləyərək rəsmi Vaşinqtona xəbərdarlıq edib


"InterFax" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin ABŞ-ın bütün sanksiyalarına cavab verəcəyini söyləyib.

Bir neçə saat əvvəl məlumatlı mənbələr ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiqetmə ehtimalı olduğu barədə xəbər veriblər.

Adlarının açıqlanmasını istəməyən üç məlumatlı mənbə, Co Bayden hökumətinin Rusiya müxalifəti üzvü, qərbyönümlü Aleksey Navalnının zəhərlənməsi və həbsi səbəbiylə Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl AB liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair razılığa gəlmişdilər.


Story Code: 919258

News Link :
https://www.islamtimes.org/az/news/919258/lavrov-abş-ın-bütün-sanksiyalarına-cavab-verəcəyik

Islam Times
  https://www.islamtimes.org