0
Tuesday 2 March 2021 - 17:59

Lavrov: ABŞ-ın bütün sanksiyalarına cavab verəcəyik

Story Code : 919258
Lavrov: ABŞ-ın bütün sanksiyalarına cavab verəcəyik
"InterFax" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin ABŞ-ın bütün sanksiyalarına cavab verəcəyini söyləyib.

Bir neçə saat əvvəl məlumatlı mənbələr ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiqetmə ehtimalı olduğu barədə xəbər veriblər.

Adlarının açıqlanmasını istəməyən üç məlumatlı mənbə, Co Bayden hökumətinin Rusiya müxalifəti üzvü, qərbyönümlü Aleksey Navalnının zəhərlənməsi və həbsi səbəbiylə Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl AB liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair razılığa gəlmişdilər.