QR CodeQR Code

İraq deputatı: “Bağdadın sükutu ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı yeni hücumlarına zəmin yaradacaq”

3 Mar 2021 10:31

İslamTimes: İraq parlamentindəki Əl-Fəth koalisiyasının deputatı Əhməd Əli Bağdad hökumətinin ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı cinayətlərinə susmasının hücumların təkrarlanmasına zəmin yaradacağını söyləyib.


Deyerler.org Al-Maalomah-a istinadən xəbər verir ki, deputat Əhməd Əli belə deyib: “ABŞ-ın Suriya sərhədinə son hücumu İraqın içində baş verdi və həqiqət bəllidir və bu hücumlardan məsul olan tərəflər bəllidir.

Hökumətin (Mustafa Əl-Kazımi) ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı cinayətlərinə susması şübhə doğurur, çünki ABŞ-ın hərəkətləri ilə bağlı hər hansı rəsmi və ya açıq mövqe tutmadı”.

O, həmçinin əlavə edib ki, hökumətin ABŞ cinayətlərinə susması bu cür cinayətlərin təkrarlanmasına zəmin hazırlayır, çünki bu, Əl-Həşduş Şəbiyə qarşı son hücum olmayacaq və bu sükut nəticəsində hücumlar təkrarlanacaq: “Hökumətdən ABŞ-a qarşı açıq və birmənalı mövqe tutması tələb olunur, çünki araşdırmalar Vaşinqtonun iddialarına zidd olaraq, cinayətin xaricdə deyil, İraq daxilində baş verdiyini göstərdi”.


Story Code: 919397

News Link :
https://www.islamtimes.org/az/news/919397/iraq-deputatı-bağdadın-sükutu-abş-ın-əl-həşduş-şəbiyə-qarşı-yeni-hücumlarına-zəmin-yaradacaq

Islam Times
  https://www.islamtimes.org